06 avqust 2024
61
Xameneinin Zəngəzur bəyanatı Nikola mesajdır - NƏ BAŞ VERİR?
İranın ali dini rəhbərinin Zəngəzur dəhlizinin Ermənistanın ziyanına olacağı ilə bağlı bəyanatı Qərbə və Nikol Paşinyana ünvanlanıb.
Axar.az xəbər verir ki, bu sözləri erməni siyasətçi, politoloq Eduard Şarmazanov deyib.
O bildirib ki, İran bir neçə dəfə belə bəyanatlar verib:
“İran diplomatik dillə dedi ki, Ermənistan yanlış olaraq Qərb kartı ilə oynayır və bu, Tehrana sərfəli deyil. ABŞ birbaşa bəyan edib ki, Rusiya və Çindən yan keçməklə Mərkəzi Asiyadan Avropaya Orta Dəhliz qurmaq istəyir. Paşinyan bu layihədə sadəcə alətdir, lakin üç regional oyunçudan ikisi bunun əleyhinədir, çünki belə bir layihə yalnız Qərbin xeyrinə olacaq.
İran və Rusiya alternativ olaraq Şimal-Cənub layihəsini təklif edirlər. Eyni zamanda, Ermənistan artıq Nikol Paşinyanın sayəsində bu məsələdə heç nə həll etmir. Buna regional qüvvələr və Qərb qərar verir. Üstəlik, Ermənistan hakimiyyətinin uzaqgörən olmayan siyasəti nəticəsində bütün regional kommunikasiyalar son nəticədə Ermənistandan yan keçə bilər”.
Onun fikrincə, Türkiyə-Azərbaycan tandemi Ermənistan üzərindən güc yolu ilə dəhliz açmağa cəhd etsə, İran və Rusiya prosesi heç də sakit izləməyəcək.