19 iyul 2024
43

Azəriqaz işdən çıxardığı şəxsə təzminat ödəyəcək – Məhkəmə QƏRARI

    Məhkəmədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşının işə bərpa edilməsi ilə bağlı qaldırılan iddiaya baxılıb.Yenimeydan.info  xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a vəkil Səbuhi Axundov məlumat verib.
Qeyd edilib ki, məhkəmə vətəndaşın qanunsuz işdən çıxarılması barədə əmri ləğv edib. 2 illik qanun pozuntusundan sonra işçinin hüquqları tanınıb və onun işinə yenidən bərpa olunması barədə qərar verilib. Eyni zamanda məhkəmə “Azəriqaz” tərəfindən vətəndaşa təzminat ödənilməsi barədə qərar çıxarıb.