07 sentyabr 2024
57
FAB boyaları haqqında protokol yazılıb – İşə məhkəmədə baxılacaq
Azərbaycanda inşaat məhsullarının aparıcı istehsalçılarından biri olan “Fab Boya və Kimya Sənayesi MMC” MMC (VÖEN – 1000017711) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.comxəbər verir ki, “Fab Boya və Kimya Sənayesi” MMC barəsində tərtib olunan protokola Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
Qeyd edək ki, “Fab Boya və Kimya Sənayesi” MMC 20 aprel 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binqəədi rayonu, Xutor sıraları, ec Sıra 15, m. 79-da yerləşir. Şirkətin qanuni təmsilçisi Məhərrəmov Kənan Məhərrəm oğludur. Şirkətin təsisiçisinin isə Anar Səfər oğlu Əliyev olduğu bildirilir. Anar Əliyev eyni zamanda OMİD mağazalar şəbəkəsinin sahibidir.

Oxşar Xəbərlər: