05 sentyabr 2024
43

`Yeni Klinika` başbilənləri KİMƏ GÜVƏNİR?

 

"Bir neçə həftə əvvəl ölkə gündəmini sirkələyən bir xəbər yayılmışdı. Belə ki, iyul aýının 19-da Beyləqan rayon sakini, 44 günlük Vətən müharibəinin iştirakçısı olan Nəsirov Tufan Yasif oğlu intensiv qıcolmalarla Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən göndərişlə Təcili Tibbi Yardım maşını vasitəsilə Təcili Yardım briqadasının müşayiəti altında Yeni Klinikaya gətirilib". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Yeni Klinikada saat 15.00-dan 17-00-a qədər Beylaqandan gələn Təcili Tibbi Yardım briqadası veteranı xərəkdə xəstəxananın müxtəlif bölmələrində gəzdirməli olub. İki saatdan sonra isə xəstəxananın nevroloqu Ülkər Mirzəzadə rəy verib ki, xəstənin problemi nevroloji deyil, psixolojidir, xəstəxanada isə psixiatriya şöbəsi yoxdur. Bu münvalla veterana verilmiş göndərişdən imtina edilib. Həmin gecə intensiv qıcolmalarla veteran qohumlarının evində qalmağa məcbur olub. Səhəri gün psixiatriya yoxlamaları zamanı bildirilib ki, T.Nəsirovun, ola bilsin ki, psixiatrik problemləri var, amma hazırkı qıcolmalar nevroloji problemlərdən qaynaqlanır. Pasiyent 10 gün digər xəstəxananın nevroloji şöbəsində müalicə aldıqdan sonra normal duruma gətirilərək evə buraxılıb. Hazırda veteranın qıcolmaları yoxdur, amma hər ehtimala qarşı psixiatr müainəsindən keçməyi də planlaşdırır, özünü yaxşı hiss edir. Bu deyilənlərdən nəticə çıxarsaq, görürük ki, Yeni Klinika həmin gün veteranı başından etmək - göndərişinə imtina vermək üçün nevroloqun sözügedən rəyini bəhanə kimi ortaya atıb.

Dünən əldə etdiyimiz məlumata görə isə. yenə göndərişlə Yeni Klinikaya gətirilən, ölümündən sonra "Qarabağ Qəhrəmanı" və digər onlarla medalla təltif edilmiş şəhid Siyahım Dəmirovun atasının (ehtiyat üçün adının çəkilməsini istəmədi) xəstəxanaya qəbulundan imtina edilib.

Qeyd edim ki, şəhid atasının sistem xəstəliyi və bir neçə yanaşı xəstəlikləri var. Necə olur ki, Yeni Klinikada bu 5-6 xəstəliyin birinin müalicəsi yoxdur? Əlbəttə var, bu klinika paytaxtın ən öndə gedən xəstəxanasıdir, təcrübəli və savadlı həkinlərə malikdir. Həm də klinika sığorta ilə əhatə edilib. Amma görünür, Yeni Klinikada çalışan həkimləri və xəstəxananın direktoru Barat Yusubovu sığortadan gələn ödənişlər qane etmir, xəstələrdən müalicə və əməliyyat üçün əlavə ödənişlər istəyirlər. Xəstəxanada hər bir əməliyyətın və ya müalicənin sığortadan əlavə, nağd şəkildə ödənilməli olan öz qiyməti var. Ona görə də xəstəxananın həkimləri güzəştli qrupa daxil olan qaziləri, şəhid ailələrini və veteranları müalicəyə qəbul etmir, hərəsinə bir bəhanə uyduraraq müalicəsindən imtina edirlər. Son 20 gün ərzində bu qəbildən olan 5 pasiyent bizə müraciət edib. Lakin bizim də səylərimiz nəticəsində onların müalicəsi başqa xəstəxanada təşkil olunduğundan, adlarının çəkilməsini istəməyiblər. Müalicəsindən imtina edilən pasiyentlərin çoxu adının çəkilməsindən belə qorxur. Düşünürlər, Yeni Klinika arxasını "dağa" söykəyib ki, bu cür addımlar atmağa cəsarət edir.

Maraqlıdır, Yeni Klinikaya bu imtiyazları kim verib, onlar kimə arxayındır ki, başımızın tacı olan qazilərimizin, veteranlarımızın və vətən yolunda şirin canıni qurban verən şəhidlərimizin valideyinlərinin müalicəsindən imtina edirlər? Belə bir atalar misalı var, hayıma-harayıma gəlməyən oğulun vayına oturum. İndi hamının müalicə keyfiyyətinə görə təriflədiyi xəstəxana əhalinin ən həssas və sosial müdafiəyə ehtiyacı olan qrupunun müalicəsindən imtina edirsə, o kimin nəyinə gərəkdir? Onsuz da pulu ilə müalicə olunanlar özəl klinikada ödənişini edib, daha keyfiyyətli müalicə ala bilər. Bir daha aidiyyəti qurumlardan öyrənmək istəyirik ki, Yeni Klinikaya bu səlahiyyəti kim verib?"