03 sentyabr 2024
21

Yaponların uzun ömürlərinin sirri açıqlandı – DETALLAR

     Araşdırmalara görə, Yapon mətbəxində olan bəzi qidalar insanların sağlam qalmasına kömək edir. “Superfoods” kimi tanınan bu qidalar yüksək miqdarda qida maddəsinə malikdir.Yenimeydan.info   Milliyet-ə istinadən xəbər verir ki,Yapon mətbəxi super qida sayılan bir çox yeməklərə ev sahibliyi edir. Onun yeməkləri dadından əlavə sağlamlıq üçün çox faydalıdır və bir çox xəstəliklərə qarşı qoruyucu sipər təşkil edir. Bundan əlavə, ölkənin cənub-qərbində dünyanın ən uzunömürlü insanları da bu qidalardan istifadə edir.
Nori
Ənənəvi şorbaların hazırlanmasında tez-tez nori adlanan dəniz yosunu istifadə olunur. Tərkibindəki minerallar, lif, zülal və omeqa-3 bədənimizə bir çox faydalar gətirir. İstehlakçılar nori-nin daha “dadsız” bir ləzzət olduğunu iddia edirlər.
Daikon (Yapon turpu)
Daikon adlanan turp çeşidi immunitet sistemini gücləndirən C vitamini ilə çox zəngindir. Tərkibində həmçinin hüceyrə böyüməsi və DNT istehsalı üçün lazım olan folat, yəni B9 vitamini var. Xüsusilə hamiləlik dövründə qadınların və uşaqların inkişafı üçün faydalı olduğu bildirilir.
Katsuobushi
Qurudulmuş palamutdan əldə edilən bu qida qıcqırdılır və hisə verilir. Bir çox Yapon şorbalarının əsasını təşkil edən daşi bulyonunun tərkibində istifadə olunur. Onun ən mühüm təsiri bədən üçün lazım olan bütün amin turşularını, antioksidantları və zülalları ehtiva etməsidir. Stressli əhval-ruhiyyəni aradan qaldırmağa da təsir etdiyi müşahidə edilmişdir.
Matcha çayı
Tərkibindəki katexinlər sayəsində güclü antioksidant təsirə malik olan matça hüceyrə yaşlanmasına və əlaqəli xəstəliklərin inkişafına qarşı qoruma təmin edir. Həm də yorğunluqla mübarizə aparmaq üçün ideal seçimlərdən biridir. Tərkibindəki xlorofil sağlam qan dövranını təmin edir və toksinləri bədəndən bir-bir çıxarır.
Miso
Miso, fermentləşdirilmiş soya pastası, bağırsaq florasını tənzimləyərək müəyyən infeksiya riskini azaldır. Tərkibindəki probiyotiklər sağlam təsirlər təmin edəcək. Bəzi araşdırmalara görə, miso istehlakı xərçəng riskini azaltmağa kömək edə bilər. Lakin çox duzlu olduğu üçün ehtiyatla istehlak edilməlidir.
Tofu
Geniş şəkildə istehlak edilən tofu soya südünün laxtalanması ilə əldə edilir. Heyvan zülalı olan qidalardan fərqli olaraq aşağı kalorili qidadır. Tofu əvəzolunmaz amin turşuları, sink, dəmir, maqnezium, A, B, D və E vitaminləri ilə çox zəngindir.
Natto və Umeboshi
Asan həzm olunan Natto qidası sümük sağlamlığı üçün faydalıdır. Tərkibində K2 vitamini olan qidalar sümükləri gücləndirir. Umeboshi adlanan yemək ölkəmizdə sevə-sevə istehlak edilən gavalı turşusudur. Antiseptik və antibakterial xüsusiyyətlərə malikdir. Manqan, kalsium və kalium mənbəyidir.
Düyü sirkəsi
İkiqat fermentasiya yolu ilə əldə edilən düyü sirkəsi bu proses sayəsində zəruri qaynaqlarla zəngindir. O, həmçinin yorğunluq və oynaq ağrıları ilə mübarizə aparmağa kömək edir. Xolesterol səviyyəsini balanslı saxlayır.