18 iyul 2024
56

Beyləqanda SİLAHLI İNSİDENT - TƏFƏRRÜAT

Beyləqanda SİLAHLI İNSİDENT
Beyləqanda silahlı insident olub.

"Report" xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını silahla güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib, Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.