11 iyul 2024
120
İran xəbərdarlıq edir, Nikol əhəmiyyət vermir - Kiviryan
Hakimiyyət Ermənistanı alver obyektinə çevirdi. Onlar İranın ABŞ-ın regionda fəallaşmaq cəhdlərindən narazılığına məhəl qoymurlar.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Argişti Kiviryan yerli jurnalistlərə açıqlamasında deyib.
“Xarici qüvvələrin bura gətirilməsi Tehranın düşmənlərini İran sərhədlərinə çatdırmaq deməkdir. Tehran bundan danışır və İrəvanı bu siyasətdən imtinaya çağırır, lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur və eyni siyasəti davam etdirir. Ermənistan rəhbərliyi onlara hakimiyyətə gəlməkdə köməklik edən qüvvələrin göstərişlərinə əməl edir”, - o bildirib.
O iddia edib ki, əgər Ermənistan İran və digər ölkələrin siqnallarından düzgün istifadə edə bilsəydi, indiki vəziyyətinə düşməzdi.
Oxşar Xəbərlər:
Azərbaycana qarşı İrəvan-Tehran hərbi bloku - NƏ ETMƏLİ?
Türkiyə və İran ortaq məxrəcə gəlir - GƏLİŞMƏ
İranın daha bir İYRƏNC PLANI - NƏ BAŞ VERİR?
ABŞ Azərbaycan-Ermənistan arasında toqquşma proqnozlaşdırır - İrana qarşı güc tətbiqi masada
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma