09 iyul 2024
93

Azərbaycanda 156 nəfər deputatlığa namizədliyini irəli sürüb

           Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Yenimeydan.info   xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.

O vurğulayıb ki, adı çəkilən 156-dan bir nəfər öz ərizəsi ilə imtina edərək seçki prosesindən çıxıb.