24 mart 2024
106
İlham Əliyev Putinə zəng etdi
Yenimeydan.info xəbər verir ki, dövlət başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.
Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar
Oxşar Xəbərlər:
İlham Əliyev zəlzələnin ildönümü ilə bağlı Ərdoğana başsağlığı verdi
“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
YAP-ın İlham Əliyevlə 5-ci seçkisi - 18 illik sədrlik nələri dəyişdi
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
Prezident əfv sərəncamı imzaladı – SİYAHI