18 mart 2024
35

Ağacları qırıb yerinə beton tökdülər

 



Bakının Binəqədi rayonu ərazisində yaşıllıqlara qənim kəsiliblər. İnşa edilən obyektlərin qarşısındakı yaşıllıq ərazilər betonlarıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlər metronun “Azadlıq prospekti” stansiyasının çıxışında yeni açılacaq bir obyektin qarşısında təzə əkilmiş ağaclar məhv edilib.
Sakinlərdən biri obyektdə təmir gedən vaxt ağacların kəsiləcəyi ehtimalını nəzərə alaraq şəkillər şəkib. O, bu gün həmin ağacların kökündən məhv edildiyinin şahidi olub.
“Bu gün görürəm ki, yeni əkilmiş küknar və zeytun ağacları artıq yerində yoxdur. Lap əvvəl kola bənzər ağac da var idi. O da getdi. Kökündən çıxarıb yerinə beton töküblər. Gözdən kənar qalmış ərazi də deyil, yol kənarıdır. Kimsə həhətində bir ağacı budayan kimi xəbər tutub gəlib cərimə yazan qurumlar nə üçünsə bunu görmür”.

Ağacları qırıb yerinə beton tökdülər