13 mart 2024
100

Keçmiş başçının şirkəti ƏLİNDƏN ALINDI - "Notarial qaydada təhvil-təslim..."

 


Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevlə bağlı ilginc iddialar səslənib. Yenimeydan.info bildirir ki, bu barədə paylaşımında tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat verib.

C.Həsənli iddia edir ki, Qubanın sabiq RİH rəhbərinin şirkətlərindən biri əlindən alınıb.

Jurnalistt yazır: "Notarial qaydada təhvil-təslim bir həftə öncə, martın 6-da həyata keçirilib".

Qeyd edək ki, həm də iri biznesmen kimi tanınan Ziyəddin Əliyevin ölkəmizlə yanaşı Ukraynada da böyük biznes şəbəkəsinin olduğu sözlənilir.