22 fevral 2024
36

Kardioloq qaçmağın ürəyin fəaliyyətinə necə təsir etdiyini açıqlayıb

Kardioloq qaçmağın ürəyin fəaliyyətinə necə təsir etdiyini
 
    Kardioloq İlya Lukonin vurğulayıb ki, qaçış təkcə ürək əzələsinin özünü məşq etdirmir, həm də qan damarlarının və ürəyin imkanlarını artırır. O, güclənir, öz funksiyalarını daha yaxşı yerinə yetirir və insanın ümumi rifahı yaxşılaşır.
E-saglam.az xəbər verir ki, “qaçış zamanı ürək bir dövrədə böyük həcmdə qan vurur. Qan axını artır, yəni oksigen mübadiləsi də artır. Ona görə də bütün toxuma və orqanlara oksigen və qida ilə zənginləşdirilmiş daha çox qan axır”, – deyə ekspert izah edib.
Qaçış həm də ürəyin əsas düşmənləri – stress və artıq çəki ilə uğurla mübarizə aparır. Uzun müddətli məşq zamanı qana endorfin hormonu ifraz olunur. Onun qanda konsentrasiyası artdıqda, insan yüngül bir eyforiya hissi yaşamağa başlayır. Pis əhval-ruhiyyə, stress, əsəb gərginliyi aradan qalxır.
Bundan əlavə, qaçış idmanı zamanı qanda xolesterin azalır, bağırsaq hərəkətliliyi və maddələr mübadiləsi yaxşılaşır ki, bu da normal çəkiyə səbəb olur.