14 fevral 2024
101

“Bu hadisə ərköyün uşaq böyüdənlərə dərs olsun” – Həkim

   Bu hadisə övladlarını ərköyün böyüdən bütün valideynlərə dərs olmalıdır.
Tribunainfo.az yazır ki, bu sözləri həkim Qalib Əsədov bildirib. O qeyd edib ki, ərköyün böyüdülən, danlaq qəbul etməyən uşaqlar ailələri, özləri və cəmiyyət üçün təhlükədir:
“Uşaqların hər istədiyi olanda nəticəsi ağır olur. Uşaqlıqdan istədiyi hər şeyi əldə etməyi öyrənmiş biri böyüyəndə cəmiyyətdən bunu ala bilmədiyi üçün aqressivləşir. Bunu faciə kimi qəbul edir, depressivləşir, aqressivlik nümayiş etdirir.
Son vaxtlar belə bir söz dəb halını alıb ki, uşağa acıqlanmaq olmaz, psixi travma yaranar. Psixoloji travma başqa anlayışdır. Bunu bilməyənlər atanın, ananın, müəllimin danlağını prixi travma kimi şişirdirlər. Valideyn də, müəllim də yeri gəldiyi zaman uşağı danlamalıdır. Ərköyün böyüyən uşaq özü üçün də, ailəsi üçün də, cəmiyyət üçün də böyük təhlükədir.
Artıq uzun illərdir həyatımıza girən internet oyunları uşaqlar arasında adam öldürməni həzzə çevirir. Təbii ki, bu hər kəsə aid deyil. Ancaq bəzi uşaqlar var ki, bu oyunlar onlara psixoloji olaraq təsir edir. Uşaqlarımızı ərköyün böyüdərək özümüz, cəmiyyət üçün təhlükəyə çevirməyək”.
Nigar