09 fevral 2024
123

Təqaüddə olan polis zabiti həbs olundu

    Milli fəalların tutulmasına yönəlmiş əməliyyatların ardı-arası kəsilmir.
Axar.az xəbər verir ki, həftə ərzində İranda Güney Azərbaycan Milli Hərəkatının üzvlərinə qarşı həyata keçirilən silsilə əməliyyatlar nəticəsində 12-ci milli fəal həbs edilib.
Onun Marağa şəhər sakini, təqaüddə olan polis zabiti Cəfər Məhəmmədi olduğu müəyyən edilib. Bildirilib ki, Məhəmmədi hazırda paytaxt Tehranda yerləşən 209 nömrəli kəşfiyyat bölməsinə təhvil verilib.