10 yanvar 2024
49

Tanınmış meyxanaçıdan XƏBƏRDARLIQ: - “Maskaları cırılana kimi…”

Tanınmış meyxanaçıdan XƏBƏRDARLIQ:

“Kimi təkəbbürlü görsəm, son nəfəsimə qədər onunla mübarizə aparacam”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış meyxanaçı Rüfət Nasosnu sosial şəbəkə hesabında paylaşaraq nəzərdə tutduğu insanlara xəbərdarlıq da edib.

Sənətçi süni, riyakar insanlara səslənərək, onları səmimi olmağa səsləyib:

“Həyata teatr kimi yanaşmasınlar. İnsanlar həyatda rol oynamasınlar. Özləri kimi yaşasınlar. Hər yerdə eyni adam olsunlar. Maskada gəzirlər…”

Rüfətin bu ismarışı izləyicilər tərəfindən müzakirələrə səbəb olub. Yazılan rəylərdə indi çoxlarının maskada gəzdiyinə eyham vurulub: “Ay şair, maskalar cırılsa, üz qalmayacaq”.