09 yanvar 2024
56

“Melissa Park”ın binasında çatlar yaranıb-FOTO

      “Melissa Park” yaşayış kompleksində heç nə reklamlarında göründüyü kimi deyil. Mənzillər çox keyfiyyətsiz tikilib. Tavan çat verir. Divarlar o qədər nazikdir ki, qonşunun səsi eşidilir.Yenimeydan.info  Tribunainfo.az -a istinadən xəbər verir ki, bu barədə sözügedən bina sakini Süleyman Bağırov (ad şərtidir) yazıb. O bildirib ki, bina ilə bağlı heç bir problemə baxılmır, şikayətlər nəzərə alınmır:
“Bir problem olduqda dəfələrlə komendata məlumat verirsən, ancaq diqqətə alınmır. Bu kompleksdə Komendat yalnız aylıq ödəniş almaq üçün var.
Mənzillər çox keyfiyyətsiz tikilib, qonşu telefonla səsli danışdıqda telefondakı şəxsin (qonşunu demirəm) səsini aydın bir şəkildə eşidə bilərsiniz.
Yayda olan ilk zəlzələdə mətbəx tavanında çat yarandı. Dekabrdakı 2-ci zəlzələdən sonra bütün otaqların tavanında çat oldu. Qeyd edim ki, bina 3-4 ilin binasıdır.
Və ən əsas məsələlərdən biri suyu çox pisdir, torpaqla qarışıq gəlir.
Təkrar qeyd edirəm ki, bu postu paylaşmaqda məqsədim insanlara faydalı olmaqdır. Əgər kimsə bu kompleksdə fantastik qiymətə mənzil sahibi olmaq istəyirsə 2 dəfə düşünsün”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.