17 oktyabr 2023
144
PUTİNİN DÖRD PREZİDENTƏ ZƏNGİNİN SİRRİ – QAFQAZDAN SONRA…
Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə atəşkəs üçün dəridən-qabıqdan çıxır. Kreml rəhbəri eyni vaxtda bir neçə liderlə danışmaqla nümayiş etdirir ki, Cənubi Qafqazdan sonra bu coğrafiyada münaqişəyə son qoymaq üçün təşəbbüskardır. Yenimeydan.info bildirir ki, İran, Fələstin, Suriyadan olan həmkarları ilə telefon danışığı aparan Putin həm də Misir prezidenti ilə əlaqə saxlayıb. Kəsəsi, 4 liderlə müzakirə aparıb. Analitiklərin fikrincə, Rusiya prezidenti özü haqda müsbət aktor imici yaratmağa çalışır. Putin İsrail-Fələstin münaqişəsinin gərginləşməsini ABŞ-ın uğursuz siyasətinin nəticəsi adlandırıb. Onunla paralel Türkiyə lideri Ərdoğan danışıqlar aparır. Görünür ki, atəşkəsə nail olmaqla Vaşinqtonu fakt qarşısında buraxmaq istəyi var. Yəni Amerika qızışdırır, obyektiv mövqe tutmur, İsraili açıq dəstəkləyir və bu da savaşlar nəticələnir. Amma Rusiya işə qarışır və vasitəçi kimi atəşkəsə nail ola bilir. Kremlin əsas hədəfi bundan ibarətdir…
Oxşar Xəbərlər: