10 oktyabr 2023
323

Fələstinlilərlə israillilərin bölüşə bilmədiyi məscid...

felestinlilerle-israillilerin-boluse-bilmediyi-mescid


Son günlər dünya gündəminin əsas mövzusu İsrail və Fələstin arasında yaşanan gərginlikdir.
Bu gərginliyin tarixən yaranmasına səbəb olan nüanslardan biri də Qüdsdə yerləşən və üç dinin müqəddəs hesab etdiyi “Əl-Aksa” məscididir.
Məsciddə ibadət etmək istəyən müsəlman fələstinlilərlə yəhudi israillilər bir çox zaman oranı bölüşdürməkdə çətinlik yaşayıblar.
Bəs, “Əl-Aksa” məscidinin sirri nədir?
“Qafqazinfo” xarici KİV-ə istinadən məscidin tarixini və onun dinlərlə bağlılığını təqdim edir:
3 dinin müqəddəs məkanı olması
İslami mənbələr müsəlmanların ilk məscidi olaraq qəbul etdiyi “Əl-Aksa”nı müqəddəs hesab edirlər.

Bildirilir ki, Məhəmməd Peyğəmbərin dövründə müsəlmanlar həmin məscidə üz tutaraq namaz qılıb, onu qiblə kimi qəbul ediblər.
Yəhudilər üçün isə həmin ərazinin əhəmiyyəti burada olan  Ağlama Divarı ilə bağlıdır.

Onlar həmin əraziyə gələrək dua edir və Allahla ünsiyyətə girirlər.
Xristianlar isə dinlərinin məhz bu yerdən yayılmağa başladığını bildirdikləri üçün onu müqəddəs olaraq görürlər.
“Əl-Aksa”nı kim tikdirib?
Bir çox mənbələrdə “Əl-Aksa”nın ilk dəfə Məhəmməd Peyğəmbərin səhabələrindən olan Ömər bin Xəttab tərəfindən tikildiyi qeyd olunur.

Məscid daha sonra isə Əməvilərin beşinci xəlifəsi Əbd əl-Malik tərəfindən yenidən tikilərək genişləndirilib.