18 avqust 2023
155

“REFERANS” KLİNİKADA QƏRİBƏ “TƏLƏB” – ƏRİN YOXDURSA, ANALİZ GÖTÜRMÜRÜK…

  Sosioloq Sənubər Heydərova “Referans” klinikada evli olmadığı üçün qadından analiz götürülməsindən imtina edildiyini bildirib. Tribunainfo.az yazır ki, hadisə bu günlərdə yaşanıb. “Deməli bir neçə gün əvvəl müraciət edən qadınlardan birini sosial işçilərimiz həkimə aparıblar, həkimsə yönəldib analizə. Analiz üçün gediblər Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik -ə. Nəsimi bazarına yaxın olan şöbəyə. Burda qıza nə desələr yaxşıdı? Xanım evlidi? Evli deyilsə yaxma analizi götürə bilmərik. Sosial işçi qıza deyib ki, gözləyin, mən bəzi məsələləri dəqiqləşdirim. Eşidib pis olmasın deyə qızı göndərib oturmağa, deyib ki, xanım evli deyil, amma cinsi həyatı var, əgər bununla maraqlanırsızsa. Deyiblər, xeyr, məsələ bu deyil, evli olmalıdır. Bir ifritə tibb bacısı da varmış orda, elə davranıb, sanki bu müqəddəs Məryəmdi, gələnlər əxlaqsız: getsin, öz həkimi götürsün yaxmanı da. Bizə iclasda deyiblər ki, evli olmayanları götürməyin. Bax belə. Siz də deyirsiz oteldə 70 yaşlı adamdan nikah sənədi istəyirlər. Adamlar sağlamlıqlarını belə yoxlada bilmirlər bu əxlaqsız düşüncələrə görə. Bu da zorakılığı davam etdirmədir.
Referans, tibbdə utanma yoxdu deyəndə sizin bu utanmazlığınız nəzərdə tutulmurdu, yalnış anlamısız”.