14 dekabr 2025
14
Tramp ABŞ-dəki aralıq seçkilərdə respublikaçıların çətinlik çəkəcəyini etiraf edib
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyası üçün 2026-cı ilin payızında keçiriləcək aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qorumaq asan olmayacaq.Yenimeydan.info-nun məlumatına görə, Tramp bunu “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib.“Görək necə olacaq. Biz qalib gəlməliyik, amma statistika baxımından qalib gəlmək çox çətin olacaq. Əlimizdən gələni etməyə çalışacağıq”, – deyə ABŞ lideri vurğulayıb.
Tramp həmçinin ABŞ üçün çoxmilyardlıq investisiyalar cəlb etdiyini, lakin “bu pulların nə vaxt işləyəcəyini” bilmədiyini qeyd edib. “Mən tarixdə ən böyük iqtisadiyyatı yaratdım, amma insanların bunu dərk etməsi, yəqin ki, bir qədər vaxt aparacaq”, – deyə o əlavə edib.
ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Bu seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri (435 nəfər), həmçinin Senatın üçdə biri – 33 senator yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
“The Wall Street Journal” qeyd edir ki, adətən, hakim partiya aralıq seçkilərdə məğlubiyyətə uğrayır.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI