14 dekabr 2025
13
Sumqayıtda “Fin evləri” sökülür – Böyük söküntü başlayır -VİDEO
Sumqayıtda uzun müddət idi qəzalı olan “Fin evləri” kimi tanınan iki mərtəbəli yaşayış binaları sökülür.Yenimeydan.info xəbər verir ki, bununla bağlı FHN ərazidə söküntü işlərinə start verib.Hazırda söküntü işləri xüsusi texnika və təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli sökülməsinə başlayıblar.
Yeni layihənin Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə reallaşdırılacağı və ərazinin sosial infrastrukturunun yenilənməsinə töhfə verəcəyi bildirilir. Bu işlər sakinlərin də ürəyincə olub.
Layihə çərçivəsində yeni binaların inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq meydançaları, park zonaları, parkinq sahələri və ictimai istifadə üçün digər obyektlərin yaradılması da planlaşdırılır. Sumqayıt şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, hazırda proses şəhərin bir neçə yaşayış massivində, o cümlədən 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də işlər aparılacaq.
Tribuna.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar Xəbərlər:

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezidentlər Birgə Bəyanat imzaladılar

Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa Fuad Nağıyevi nələr gözləyir -DETALLAR
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!