15 iyul 2023
198

 Xızıda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib

Xızıda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
Yenimeydn.info: - Xızı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər
davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Xızı Rayon Polis
Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması
məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Yeni Yaşma kəndi ərazisində sənaye və məişət
tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl
edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və
yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərinin pozulduğuna
görə Yeni Yaşma kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xızıda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib