12 iyul 2023
157
RUSİYA SÜLHMƏRAMLILARI İLƏ BAĞLI GÖZLƏNTİLƏR ÖZÜNÜ DOĞRULTMUR – QRİQORYAN
“Rusiya sülhməramlılarının vəzifəsi Laçın üzərindən sərbəst hərəkət etmək idi”. YeniMeydan.info Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sonuncu müsahibəsində bildirib.
“Rusiya sülhməramlılarına gəlincə, Xankəndidə mövcud olan gözləntilər özünü doğrultmur. Problemlərdən biri də odur ki, Laçın dəhlizinin bağlanması çox ciddi problemdir. Noyabrın 9-da üçtərəfli bəyannaməyə əsasən, Azərbaycanın Laçın dəhlizində iştirakı nəzərdə tutulmayıb və Laçın vasitəsilə sərbəst hərəkəti təmin etmək sülhməramlıların vəzifəsi olub. Bu gün belə bir hərəkət yoxdur və bizim gözləntimiz sülhməramlıların öz missiyasını tam şəkildə yerinə yetirmələridir”, – Qriqoryan bildirib.

Oxşar Xəbərlər: