11 iyul 2023
136
Vilnüsdə NATO sammiti başlayır - Gündəlikdə nələr var?
Bu gün NATO Samiiti işinə başlayır. İyulun 11-12-də Litva paytaxında, Rusiya sərhədindən 300 kilometr məsafədə NATO-nun növbəti sammiti keçiriləcək. Alyans ölkələrinin liderləri bir çox vacib məsələlərlə, o cümlədən Ukrayna ilə bağlı qərar qəbul edəcəklər.
Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edəcəklər. Tədbirə Ukrayna Prezidenti Volodimir Zelenskinin də qatılacağı gözlənilir. Artıq ABŞ Prezidenti Cozef Bayden də NATO sammitində iştirak etmək üçün Litvaya gəlib.
İştirakçılar Ukraynaya dəstəyin artırılması, silahların modenrnləşdirilməsi, NATO-Ukrayna Şurasının yaradılması və bu ölkəyə təhlükəsizlik qarantiyasının verilməsi məsələlərini müzakirə edəcəklər. Eyni zamanda, Ukraynanın alyansa üzvlüyü ilə bağlı kursun təsdiqlənəcəyi ehtimalları yüksəkdir.
Liderlərin müdafiə xərclərinin artırılması üzrə fikir müdadiləsi aparacaqları, müdafiə məhsullarının istehsalı üzrə NATO planını təsdiqləyəcərləri də gözlənilir. //Trend//
Oxşar Xəbərlər:
Ərdoğan bacardı: Baydenlə qalib kimi görüşəcək
MACARISTANDAN İSVEÇ AÇIQLAMASI: “TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT EDƏCƏYİK”
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
ŞİMALİ KOREYA ABŞ-A XƏBƏRDARLIQ ETDİ – “NÜVƏ SİLAHI İLƏ ÖHDƏSİNDƏN GƏLƏRİK”
Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir - İNCƏLƏMƏ...