03 may 2023
179

SON DƏQİQƏ: ÇAVUŞOĞLU AÇIQLADI – MOSKVADA DÖRDTƏRƏFLİ GÖRÜŞ OLACAQ

     Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində görüşün mayın 10-da Moskvada ola biləcəyini bildirib.Yenimeydan.info  CNN-ə istinadən xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu qatıldığı canlı yayımda gündəmlə bağlı sualları cavablandırıb.
Suriya ilə normallaşma prosesi ilə bağlı açıqlama verən nazir Çavuşoğlu, bütün danışıqların bir yol xəritəsi çərçivəsində aparıldığını, Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində keçirilməsi gözlənilən görüşün mayın 10-da baş tutacağını bildirdi.
Çavuşoğlunun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin Afrika turnesi ilə əlaqədar Moskvada keçirilməsi planlaşdırılan danışıqlara Tehrandan kimin qatılacağı hələlik bəlli deyil.