18 oktyabr 2024
83

Məktəb direktoru Almaz Hüseynovanın "MƏKTƏB BAZARI"

 Abşeron-Xızı Regional Təhsil İdarəsinin diqqətindən kənar qalan tam orta məktəblərin siyahısına Aşağı Güzdək qəsəbəsində yerləşən 2 saylı tam orta məktəb başçılıq edir. Almaz Hüseynovanın rəhbərlik etdiyi Aşağı Güzdək məktəbindən "SƏHƏRMEDİA" xəbər portalının redaksiyasına dəfələrlə şikayət qəbul olub. Məktəbdə baş verən özbaşınalıq, pul yığılma faktları ilə bağlı bizə müraciət edən şəxslər vurğulayırlar ki, istər təmir adı ilə yığılan vəsait, müəllimlər gününə yığılan vəsait, istərsə də, dövlət tərəfindən şagirdlər üçün gələn təminatın pul ilə satılması halları, qrtıq geniiş vüsət alıb. 
Direktor Almaz xanımın "təşəbbüsü" ilə müəllimlər valideynlərdən pul yığır, ödənişdən yayınan şagirdlər isə sıxışdırılır. Bununla da, tabeliyində olan məktəbdə ayrıseçkilik yaradan məktəb direktorun bu hərəkətləri valideynləri hiddətləndirir. 
Valideynlərin iddialarını əsas tutaraq, "SƏHƏRMEDİA" xəbər portalı adından Abşeron-Xızı Regional Təhsil İdarəsinə, eləcə də Elm və Təhsil Nazirliyinə Aşağı Güzdək qəsəbəsində yerləşən 2 saylı orta məktəblə bağlı yoxlama keçirmələrini xahiş edirik.
Deyilən iddialarla ilə bağlı qarşı tərəfin fikrini dinləməyə hazırıq. Məsələ diqqətimizdədir!