30 mart 2023
173
PAŞİNYAN GORUS-XANKƏNDİ YOLUNUN MARŞRUTUNUN DƏYİŞDİRİLƏCƏYİNİ AÇIQLADI
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistandan Dağlıq Qarabağa gedən yolun marşrutunun dəyişdiriləcəyini açıqlayıb. YeniMeydan.Info Sputnik Armeniya-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan arasında razılığa əsasən, 2022-ci ilin avqustunda Laçın dəhlizinin marşrutu dəyişdirilib, yeni yol istifadəyə verilib.
“Laçın dəhlizi ilə Ermənistan Respublikasını birləşdirən yol tam hazır olmadığı üçün əvvəlcə Kornidzor körpüsü ilə Ermənistana daxil olan, sonra Azərbaycan ərazisindən, sonra isə yenidən Ermənistan ərazisindən keçən müvəqqəti marşrutdan istifadə edilib. Mövcud razılaşmaya görə, bu marşrut 2023-cü il aprelin 1-dək fəaliyyət göstərməli idi”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, bir gün əvvəl Ermənistan Azərbaycan tərəfinə məlumat verib ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçəcək və sərhəd qoşunları Ermənistan sərhədinin mühafizəsini öz üzərinə götürəcək.
“Qeyd edirəm ki, sərhəd qoşunları indiyədək Silahlı Qüvvələrin bölmələrinin yerləşdiyi Ermənistan Respublikasının sərhədində yerləşdiriləcək”, – Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, ermənilərin mövqelərində heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik sərhəd mühafizəsinin Ermənistan ordusundan sərhədçilərə verilməsidir. O bildirib ki, İrəvan eyni dəyişikliyi Azərbaycan tərəfinə də təklif edib.
Ümid edirəm ki, bu proses təxribatsız baş verəcək”, – Paşinyan bildirib.
Baş nazir bir daha xatırladıb ki, hökumət sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir.

Oxşar Xəbərlər:
Su çatışmazlığı: Bakıda içməli su ilə maşın yuyulur - Problem qiymətdə deyil, yəni...
ABŞ Azərbaycan-Ermənistan arasında toqquşma proqnozlaşdırır - İrana qarşı güc tətbiqi masada
Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
İranın “qırmızı xətti”, Çinin diqqət mərkəzi… - İNCƏLƏMƏ...