22 fevral 2023
151

İranın “qırmızı xətti”, Çinin diqqət mərkəzi… - İNCƏLƏMƏ...

Ermənistan politoloqu Stepan Danilyan hesab edir ki, Zəngəzurda böyük dövlətlərin marağı var. Ermənistan isə Zəngəzuru itirsə, siyasi baxımdan əhəmiyyətini də itirəcək.
Zəngəzur dəhlizinin açılmasında həqiqətən də böyük maraqlar toqquşur. Bu dəhlizin açılması böyük xərclərin azalılması deməkdir ki, əksər ölkələr bunda maraqlıdır.

“Zəngəzur dəhlizinin açılmasında böyük dövlətlərin marağı var. Bu dəhliz vacibdir və ən çox hazırki dövrdə Rusiyanın maraqlarına, siyasi marağındadır. Ona görə də son zamanlar Rusiyanın bu istiqamətdə təzyiqləri artıb. Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq”- bu barədə bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb.

Onun sözlərinə görə, bu dəhlizin açılması 2020- ci il 10 noyabr bəyannaməsində xüsusi maddə ilə öz əksini tapıb.

Politoloq bildirib ki, ölkəmiz həmin yolun Azərbaycan Respublikasından keçən hissəsini hazır edib.

Dəmiryolu bitmə ərəfəsindədir, avtomobil yolu hazırdır. Ermənistan isə bu sahədə müəyyən işlər aparsa da tikintiyə başlamayıb.

“"Son zamanlar Fransanın, İranın Ermənistana dəstək göstərməsi, İran rəsmilərinin “Zəngəzur dəhlizinin açılması İranın qırmızı xəttidir” deməsinə baxmayaraq, Azərbaycan prezidenti bildirdi ki, həmin dəhliz açılacaq. Bu dəfələrlə Rusiya prezidenti ilə danışıqlarda, Rusiyanın siyasi rəhbərliyinin çıxışlarında da öz əksini tapıb. Dəhlizin açılmasında böyük dövlətlərdən Çinin də marağı var.

Belə ki, bu dəhliz açılarsa Çindən Avropaya daşınan yüklər təxminən 20 gün daha tez çatacaq. Yol qısaldığı üçün məsrəflər azalacaq. Bu mənada maraqlı tərəflər çoxdur. İran isə yolun açılmaması üçün Ermənistana dəstək göstərir. Eyni zamanda Fransa da özünü Ermənistanın himayədarı kimi aparır. Bu məsələdə Rusiya, Azərbaycan və Türkiyəyə müqavimət göstərmək istəyirlər. Bu gün siyasi arenada görünən odur ki, bu məsələlər öz həllini tapacaq. Eyni zamanda bəyannamədə də göstərilmişdi ki, Azərbaycanın Naxçıvanla birləşməsi üçün o yol açılmalıdır. Bu səbəbdən də böyük dövlətlərin maraqları ilə yanaşı, bu Azərbaycan üçün də çox vacib bir siyasi məsələdir"”.

Bu il dünya liderlərinin, o cümlədən ABŞ və Rusiyanın ciddi reaksiyaları fonunda dəhliz açılacaq deyə politoloq fikrini yekunlaşdırıb.
//bizimyol.info//