14 mart 2023
134

Əliyev Almaniya prezidenti ilə təkbətək görüşdü


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.
Axar.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.