08 fevral 2023
219

Prezident İlham Əliyev Türkiyə səfirliyində olub, başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
Yenimeydan.info xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşılayıb.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
96cb9219-f663-3bfb-a27b-554003faa47d.jpg (217 KB)