21 aprel 2026
10

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər olacaq

baki-qebele-baki-marsrutu-uzre-elave-reysler-olacaq


Sərnişin tələbatını təmin etmək məqsədilə 9-11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.
Yenimeydan.info xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. 
Bildirilib ki, bu tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək.