21 aprel 2026
8
Novxanıda “My Beach”- da qanunsuz tikinti aparılır – FOTO
Sahibi “Hacı Məhərrəm” Məhərrəm Novruzovun olduğu bildirilən Novxanıda “My Beach” restoranında qanunsuz tikinti aparıldığı iddia olunur.Qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb. Buna səbəb isə cavabdeh qurumların sahibkarlarla gizli şəkildə “anlaşaraq” qanunsuz tikintilərə göz yummasıdır.
Yenimeydan.info XALQ-a istinadən xəbər verir ki, dəniz kənarında, Novxanıda fəaliyyət göstərən “My Beach” restoranında qanunsuz tikintinin həyata keçirilməsi ilə bağlı sosial platformada görüntülər yayılıb. “My Beach” restoranının həyətində əlavə mərtəbə artırılaraq terras hazırlanır.
Heç bir icazəverici sənəd olmadan aparılan tikintinin “My Beach” restoranının sahibi Hacı Məhərrəmin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli şəxsi ilə anlaşaraq həyata keçirildiyi iddia olunur.
Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənsədə hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır.
Bu tələblər Hacı Məhrərəm üçün keçərli olmadığı bildirilir. Belə ki görüntülərdəndə aydın olur ki artıq terras hazırdır və yay aylarında restoranda müçtərilər xidmət üçün fəaliyyət göstərəcək.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında “My Beach” restoranında hər hansı bir tikinti ilə bağlı qeyd yoxdur.
Daxil olan məlumata görə dəniz kənarında fəaliyyət göstərən “My Beach” restoranında dünən də qanunsuz tikinti işləri davam etdirilir. Bu isə o anlama gəlir ki, restoran sahibi Hacı Məhərrəm anlaşması qanunların tələbindən üstündür. Bu məqam isə artıq aidiyyatı orqanlarının araşdırması səlahiyyətindədir.
Mövzu ilə bağlı adları keçənlərin və aidiyyatı orqanların firkirlərini yayımlamağa hazırıq.
Sənan Məmmədli




Oxşar Xəbərlər:

Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir? -DETALLAR

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto

Hacı Məhərrəm Novruzovun pulla qanunlara meydan oxuması

Prezident əfv sərəncamı imzaladı – SİYAHI