19 dekabr 2024
13
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir?
Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 331 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlara verilən xörəklərin standartlara uyğun olmadığı iddia edilir.
Bu barədə bir qrup valideyn tərəfindən İqtisadiyyat.az-ın redaksiyasına daxil olan məlumatda deyilir.
Valideynlər iddialarında hətta bəzi xörəklərin köhnə olduğu, həmin xörəklərdən köhnəlmiş qoxu gəldiyi kimi fikirlər səsləndirirlər. Buna görə də onlar uşaqlar tərəfindən həmin yeməklərin qəbulundan ciddi narahatlıqlarını ifadə ediblər.
Onlar həmçinin bağçada uşaqlara heç bir meyvə verilmədiyini bildiriblər. Məsələ ilə bağlı bir neçə dəfə həm nazirliyə, həm də idarəyə müraciət etdiklərini bildirən valideynlər söyləyir ki, məhz müraciətdən sonra uşaqlara verilən xörəklər yaxşılaşır. Amma üzərindən 1 həftə keçəndən sonra vəziyyət yenə əvvəlki duruma qayıdır.
İqtisadiyyat.az valideynlərin iddiası ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb. İdarədən saytımıza bildirilib ki, 331 nömrəli körpələr evi-uşaq bağçasında qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Bununla yanaşı qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların qidalanmasının düzgün təşkili və müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilməsi hallarına xüsusi nəzarət edilir. Məktəbəqədər təhsil müəssisələrində qidalanmaya nəzarət məqsədilə vaxtaşırı monitorinqlər keçirilir.
Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI