16 dekabr 2024
18

Səhiyyə Nazirliyinin 121 minlik müsabiqəsi ləğv edilib

"Meqa-Siti Holdinq”in rəhbəri və digərləri
Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov və digərlərinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək prosesdə dekabrın 17-nə təyin edilib.

Şikayət hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və daha əvvəl tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu hadisədən sonra şirkət rəhbərinin daha bir cinayət əməli üzə çıxıb.

Sözügedən cinayət işi üzrə "Meqa-Siti Holdinq” MMC-nin digər vəzifəli şəxsləri - Maksim Zeynalov, Fariz Nuruyev və Tamara Novruzova da təqsirləndirilib.