12 dekabr 2024
22
Sadiq Əliyevin işdən çıxardığı xanım hüquqi mübarizəsini davam etdirir
Dövlət Məşğulluq Agentliyi ilə keçmiş işçisi Nigar Mahmudova arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo-nun məlumatına görə, işdən çıxarılması ilə razılaşmayaraq işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldıran Nigar Mahmudov birinci məhkəmə instansiyasını uduzub.
Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməsə də, Nigar Mahmudova hüquqi mübarizəsini davam etdirməkdə israrlıdır. O, qərardan apellyasiya şikayəti verib.
Nigar Mahmudovanın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Fuad Babayev iş üzrə hakim təyin edilib.
Dövlət Məşğulluq Agentıliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumdur. Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyevdir. O, 29 may 2024-cü ildən quruma rəhbərlik edir.

Oxşar Xəbərlər: