10 dekabr 2024
26
“Grandmart” parklanma pulu yığır-FOTO
Müştəri Zaur Zeynalov “Grandmart” MMC-nin “Megastore” mağazalar şəbəkəsinin Günəşlidəki filialından şikayətçidir. Tribunainfo.az-ın xəbərinə görə, müştəri mağazaya giriş üçün parkinq xidməti yaradıldığını yazıb: “Oradakı işçi tərəfindən pul tələb olunur. Soruşduq nə əsasən pul istəyirsən? Cavabı “verməlisən də” olur. Başa düşə bilmirəm, mağazaya girib alış-veriş edirəmsə niyə parkinq xidmətinə görə əlavə pul ödəməliyəm. Bundan əlavə hansı parklanmaya görə hansı xidmət göstərildi ki, mən onu dəyərləndirib, onun müqabilində hər hansı bir məbləğ ödəyim?! Mağazada nəsə alacaqsan, 5 dəqiqə çox parklanmasında çıxmaq üçün çabalayacaqsan? Parklanmaya nəzarət sıfır, kim harda gəldi saxlayır. Nə çıxan bilir, nə girən. Nəzarətçini niyə ora qoyublar bilmirəm. Yalnız pul istəməkdirsə məqsədi…”Roman
Oxşar Xəbərlər:
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Xətai rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirildi – FOTOLAR
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
General-mayorun qızına məxsus şirkət iş adamına 100 min manat ziyan vurub
SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)