05 dekabr 2024
30

Əsəd süqut etsə, Rusiya nələr itirəcək? - Axe


12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada Bəşər Əsəd rejimi üsyançıların hücumu nəticəsində süquta uğrasa, Rusiya Aralıq dənizindəki yeganə hərbi bazasını itirəcək. Bu, Rusiyanın Ukraynadakı səyləri üçün dramatik nəticələr verə bilər.
Yenimeydan.info xəbər verir ki, bu barədə "Teleqraf" nəşrinin hərbi yazarı David Axe bildirib.
O qeyd edib ki, üsyançılar artıq ölkənin ən böyük şəhəri Hələbi ələ keçirib və mühüm Həma şəhərinə yaxınlaşırlar:
"Əgər hökumət əleyhinə qüvvələr Həmanı ələ keçirə bilsələr, onların Aralıq dənizi sahillərinə - Rusiya donanmasının Aralıq dənizindəki yeganə bazasının yerləşdiyi Tartus liman şəhərinə - Latakiya bölgəsinə doğru hücum perspektivi olacaq.
Tartusu itirən Kreml çətin seçim qarşısında qala bilər: Ukraynada mübarizəni davam etdirmək və Aralıq dənizi regionunda təsirini itirmək, ya da Ukrayna ilə sülh bağlamaq və donanması üçün Türkiyə boğazlarını açmaq".
Qeyd edək ki, Moskva bu bazadan 1970-ci illərdən istifadə edir. 2017-ci ildə Rusiya və Suriya 49 illik müqavilə imzalayıblar ki, bu da Moskvaya Tartusa daha da geniş çıxış imkanı verir.