03 dekabr 2024
21
Parlamentdə İsa Qəmbər, Əli Kərimli, maaş və daha nələrdən danışıldı…
Bu gün Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Tribunainfo.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib. Toplantıda əsas gələn ilin büdcə zərfi müzakirə olunub.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib ki, hər il büdcənin gəlir və xərcləri artır. İqtisadiyyatın həcmi böyüyür:
“Bu, müsbət tendensiyadır. Ümumi daxili məhsulun həcmində 3,5 artım qane etməməlidir. Qarşıda həllini gözləyən iri maliyyə tutumlu işlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var. Müdafiə və təhlükəsizlik, hüquq mühafizə orqanlarının əməkdaşlarına, dövlət qulluqçularına layiqli qədər əmək haqqı verilmir.
Korrupsiyaya qarşı effektiv mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etməklə əlverişli biznes mühiti yaratmaq lazımdır. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli bunun hesabına əmək haqqı artırılmalıdır.
Digər narahat edən məsələlər maaşın azlığı ilə bağlıdır. Belə ki, küçədə işləyən şəxslərə 450 manat maaş verilir. Onlar dəfələrlə mənə yaxınlaşıb, bu məsələni Milli Məclisdə qaldırmağımı təklif edirlər”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə qəzalı məktəb və bağşa probleminə toxunub. O bildirib ki, torpaqlarımız işğal altında qalmasaydı, indi bir dənə də qəzalı məktəb, bağça olmazdı:
“Azərbyacanın beynəlxalq əhəmiyyətli tədbirlərini gözü götürməyən şəxslər Fransada, başqa yerlərdə Azərbaycanı iqtisadiyyatı zəif, sosial problemləri olan dövlət kim göstərməyə çalışırlar. Bu gün Azərbaycanda olan problemlərin səbəbkarları elə ABŞ və Fransa kimi dövlətlər, Əli Kərimli, İsa Qəmbərlərdir. Onlar torpaqlarımızın düşmənə verilməsinə səbəb olublar. ABŞ və Fransa 30 ildə Ermənistanın işğalına qarşı çıxmadı, əksinə onları dəstəklədilər. 30 il Azərbaycan 1 milyon qaçqına sosial yardım edib, yataqxanalar tikilib. İşğal olmasaydı, qaçqın və köçkünlərin sosial mühitinə vəsaitlər xərclənməsəydi, bir dənə də qəzalı məktəb, bağça qalmazdı. İşğaldan azad olunan ərazilər əkilər, becərilər ölkəyə məhsul verərdi. Bu həqiqətləri düşmənlər yaxşı bilsələr də, əhalinin sosial durumunu, iqtisadiyyatı barədə yalan məlumatlar verirlər. Amma vətəndaşlarımız reallığı daha yaxşı bilir”.
Deputat Aqil Abbas isə çıxışı zamanı qeyd edib ki, Qarabağın xatirinə bir müddət məktəbsiz, qazsız qala bilərik:
“Qarşımızda çıxış edən nazirlər nə Norçevin, nə də Almaniyanın nazirləridi. Onlar müharibədən çıxan ölkənin nazirləriydi. Nazirlər hər şeyi hesablayır. Hamı şikayət edir ki, su yoxdur, qaz yoxdur, bir müddət yolsuz, məktəbsiz, qazsız qala bilərik. İndi Qarabağ tikilir. Ağdamda 60 minlik şəhər tikilir, 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Ermənilər Azərbaycana 800 milyardlıq zərər vurub. Allah bilir, neçəyə bərpa ediləcək. Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün. Biz də evimizə qayıtmaq istəyirik. Mən Ağdama qayıtmaq istəyirəm”.
Nigar