29 oktyabr 2024
33
ŞOK: Rusiya Gürcüstanda arzusuna çatdı – Açıqlama
“İlk baxışda Rusiyanın Qərbə qalib gəldiyini göstərir. Rəsmi Moskvanın ritorikasında hakim Gürcü Arzusu partiyasına dəstək hiss olunur. Əgər müxalif koalisiya qalib gəlsəydi, Rusiya rəsmiləri fərqli danışardılar və Avropanın seçkilərə müdaxiləsini bildirərdilər. Demək, nəticələr Rusiyanı qane edir”.
Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova bildirib. Onun fikrincə, Rusiya Gürcüstanda dönüş edə bilib, ən azı Saakaşvili kimi biri daha hakimiyyətdə deyil. Onun sözlərinə görə, Tiflis tamamilə yolundan dönməyəcək və bu, Gürcüstanın inkişafına ağır zərbə olar, amma Qərbin təsirlərinin azalması müşahidə ediləcək: ” İqtidarı çalışacaq ki, sanksiya qoyulmasın.
O baxımdan hökumət ciddi imtahanlar qarşısındadır – Rusiya ilə əlaqələri yumşaltmaq, Qərblə əlaqələri korlamamaq. Bunun üçün Bdzina İvanişvilinin partiyası praqmatik siyasət yürütməyə məhkumdur: nə Saakaşvili kimi tam ABŞ-a əyilmək, nə də Rusiyanın üzərinə getmək. Hazırkı periodda Gürcüstan və Cənubi Qafqaz uğrunda həlledici mübarizəyə şahidlik etdiyimizi demək mümkündür”.
Roman