28 oktyabr 2024
26

Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır? – VİDEO

      Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq yaşanır. Buna görə qiymətləri endirdiyini deyən satıcılar da var.
Yenimeydan.info   bildirir ki, hava şəraitinin dəyişməsi avtombil bazarına da təsir edib.
Satıcılar deyirlər ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə bazarda alıcı qıtlığı olur.
Onların sözlərinə görə, hazırda bazarda ən çox tələb Koreya istehsalı olan avtomobillərədir.
Satıcılar son günlər dizel maşınlarının kütləvi satışa çıxarılması ilə bağlı da suallarımızı cavablandırdılar. Bildirdilər ki, deyilənlər həqiqətəuyğun deyil.
O da bildirildi ki, bütövlükdə Çin avtomobillərinin bazara girməsi, digər ölkə istehsalı olan maşınların satışına təsirsiz ötüşməyib.
Yenimeydan.info   xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: