27 oktyabr 2024
28

Kobaxidze mesaj verdi: Qərbin maraqlarına uyğun...

 2025-ci ilin ilk aylarından etibarən AB və ABŞ-la münasibətlərin yenilənəcəyinə ümid edirəm.
Yenimeydan.info  xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Təbii ki, biz AB və ABŞ-la münasibətlərdən razı deyilik və onların yenidən qurulmasının vacibliyi barədə dəfələrlə məlumat vermişik. Ümid edirik ki, bu proses gələn ilin ilk aylarında başlayacaq”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, münasibətlərin tənzimlənməsi həm də Qərbin maraqlarına uyğun olmalıdır.
Qeyd edək ki, ötən gün Gürcüstanda baş tutan parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib.