23 oktyabr 2024
44

Bu gündən koreyalılar Ukraynaya hücuma keçir

   Koreyadan ilk hərbçilər artıq bu gün Kursk vilayətinə gələcəklər.
Yenimeydan.info xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, koreyalı hərbçilər Kurskda Ukrayna hərbçilərinə müqavimətdə ruslara yardım edəcək:
“İlk bölmələri Kurskda gözləyirik”.
Qeyd edək ki, Şimali Koreyadan olan əsgərlərin Rusiyada təlim keçdiyi haqda bir müddət öncə məlumat yayılmışdı.