16 yanvar 2025
6

Onlar Trampın şam yeməyindən imtina etdi



Amerikanın keçmiş liderləri Bill Klinton, Corc Buş və Barak Obama yanvarın 20-də Donald Trampın inauqurasiya şam yeməyində iştirak etməyəcək.
Məlumata görə, Obama və Klinton artıq şam yeməyinə dəvət alıb, lakin iştirak etməyi planlaşdırmırlar:
“Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da tədbirə qatılmaqdan imtina edib”.
Buşun nümayəndələri isə qeyd ediblər ki, keçmiş liderin dəvət almasından xəbərsizdirlər.(NBC)