14 oktyabr 2024
54
“Unibank”da əmanətlər 8 milyon azalıb
“Unibank” bu ilin ilk 9 ayı üçün hesabatını açıqlayıb. Yenimeydan.info xəbər verir ki, bu ilin III rübü üzrə bankda depozit portfelinin həcmi 1 milyard 232 milyon manata yaxın olub.Qeyd edilir ki, bu məbləğin 938 milyon manatı fiziki, 294 milyon manatı hüquqi şəxslərin payına düşüb. Bank depozit portfelində 15,8 milyon manat, başqa sözlə 1%, şirkətlərin əmanətlərində isə 19,1 milyon manat (7%) artım baş verdiyini bildirsə də, rəqəmlər bunun əksini göstərir. Belə ki, ötən ilin sonu üzrə açıqlanan rəqəmlərə görə bank təxminən 1 milyard 216 milyon manat ümumi depozit portfelinə malik olub. Bunun da 942 milyon manatdan çoxunu əhalinin, 275 milyon manata yaxın olan hissəsini isə şirkətlərin əmanətləri təşkil edib.
Elə bu rəqəmlərdən aydın görünür ki, “Unibank”ın əmanət portfelindəki azalma 8 milyon manat təşkil edib.
Nəzərinizə çatdıraq ki, Unibanka hazırda Müşahidə Şurasının sədri Eldar Qəribov rəhbəlik edir. Faiq Hüseynov isə Müşahidə Şurasının üzvü və Müşahidə Şurası sədrinin müavini postunu tutur.

Oxşar Xəbərlər:
BANKLARA ƏMANƏT QOYANLAR AZALIB… “GÜNAY BANKIN MÜFLİSLƏŞMƏSİNDƏN SONRA”
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Gömrük Komitəsinin qaz ixracı ilə bağlı hesabatında UYĞUNSUZLUQLAR - ARAŞDIRMA
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki – ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR