23 avqust 2023
154

BANKLARA ƏMANƏT QOYANLAR AZALIB… “GÜNAY BANKIN MÜFLİSLƏŞMƏSİNDƏN SONRA”

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınmışdı.

Yenimeydan.info  yazır ki, bu barədə danışan deputat, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb:
“Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür.
Günay Bankın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi”.