21 sentyabr 2024
63
İranlı ekspert: Tehran İrəvana hərbi dəstək verməyə hazırdır
“İran üçün hətta Rusiyanın Zəngəzurdan keçən yola nəzarəti də qəbuledilməzdir. Ona yalnız Ermənistan nəzarət etməlidir, çünki bu, Ermənistanın ərazisidir”. Tribunainfo.az xəbər verir ki, bu sözlər iranlı analitik Pooya Hüseyniyə məxsusdur.
O qeyd edib ki, özəl şirkətlərin yola nəzarət etməsi də Tehran üçün qəbuledilməzdir. “Çünki bu şirkətlərin arxasında hansı ölkələrin dayandığı bəlli deyil və kəşfiyyat məlumatlarının toplanması təhlükəsi var”.
Onun sözlərinə görə, İranın masada təkcə bəyanatları deyil, həm də digər alətləri, o cümlədən öz maraqlarını qorumaq və Ermənistanı dəstəkləmək üçün hərbi variant da var. “İrana güclü Ermənistan maraqlıdır və hətta hərbi-texniki dəstək verməyə hazırdır”.
Hüseyni hesab edir ki, İran Azərbaycanın əldə etdiyi İsrail silahlarından yaranan təhlükələrdən xəbərdardır. “İran istənilən ssenariyə hazırdır. Tehran bildirib ki, İran üçün təhlükəyə çevrilən istənilən ölkə onun silahlı qüvvələri tərəfindən hədəfə alınacaq”.

Oxşar Xəbərlər:
Xətai rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirildi – FOTOLAR
Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)
ABŞ Azərbaycan-Ermənistan arasında toqquşma proqnozlaşdırır - İrana qarşı güc tətbiqi masada