07 avqust 2024
82
Quru sərhədlərin bağlı qalması ilə nə qədər itirdik? – İqtisadçı açıqladı
Quru sərhədlərinin hələ də qapalı qalması ölkə əhalisinə ciddi psixoloji basqı yaratmaqla yanaşı, maddi qazanc imkanlarını da məhdudlaşdırır. Bu hal həmçinin iqtisadiyyata ciddi ziyan vurur.Tribunainfo.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, quru sərhədləri açıq olan qonşu dövlətlər ilin 6 ayı ərzində turist axınından qazanclı çıxıb:
“Bu ilin ilk 6 ayında Gürcüstan 3,1 mln. nəfərə yaxın turist cəlb edib, səfər edən turistlərin 62%-i Gürcüstana quru sərhədlərlə gəlib. Türkiyə ilə quru sərhəddən 583 min (Sarp), Rusiya ilə quru sərhəddən 423 min (Kazbek), Ermənistan ilə quru sərhəddən 342 min (Sadaxlı) nəfər turist gəlib.
Gürcüstanın bu ilin ilk yarısında turizm gəlirləri 2 mlrd. dollara yaxın olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqaisədə 5,2% çoxdur.
Yəni, qonşu ölkənin quru sərhədlərinin açıq olması Gürcüstana açıq-aşkar üstünlük gətirir, pul qazandırır, yeni iş yerlərinin yaranmasına dəstək olur. Bizdə isə quru sərhədləri bağlı olması böyük potensialı olan turizm sektorunun inkişafına mane olur. Qapalı sərhədlər ölkə əhalisinə ciddi psixoloji basqı yaratmaqla yanaşı, maddi qazanc imkanlarını da məhdudlaşdırır, iqtisadiyyata ziyan vurur. İstənilən bahənə ilə quru sərhədləri bağlı saxlamaq ölkəmizin imicini də zədələyir, bu məsələnin həlli zamanı çoxdan çatıb”.
Nigar