01 avqust 2024
96
Nazir öz şirkətini tenderdə qalib etdi
Naxçıvan Muxtar respublikasının Əmək və Əhalisinin Müdafiə Nazirliyi yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirliklə “C Energy” MMC arasında bağlanmış satınalma müqaviləsinin məbləği 32 min 839 manat təşkil edir.
Nazirlik həmin pula öz tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu üçün jalüz pərdələr alacaq. Bu prədələrin ümumi sayı isə toplamda 189 ədəd təşkil edəcək.
Amma məsələnin maraqlı tərəfi bu deyil. Tribunainfo.az xəbər verir ki, Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiə naziri Ceyhun Cəlilov tender məsələsində uzağa getməyib. Elə özünün şirkətini qalib elan edib.
Bildirək ki, “C ENERGY” MMC 04.07.2023-cü il tarixdə Babək rayonun Cəhri kənd sakini Quliyev Fariz Vaqif oğlunun adına, 0300937671 VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Şirkətin rəhbəri Fariz Quliyev isə Ceyhun Cəlilovun hotellərinə rəhbərlik edən, tenderlərdə iştirak edən şirkətlərlə müzakirələr aparan Xəyal Talıbovun xalasının oğludur.
Və “C Energy” Naxçılvan ƏƏSMN-lə ilk dəfə deyil ki, tender oyununa girib. Bundan əvvəl də, şirkətlə nazirlik bir neçə tenderin “şirinliyini yeyiblər”. Məsələn, sözügedən şirkət Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun 05.12.2023-cü ildə keçirdiyi 95.782 manatlıq tenderin qalibi olub.
Oxşar Xəbərlər:
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır
İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı
SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)
Prezident əfv sərəncamı imzaladı – SİYAHI