17 iyul 2024
97
“Kondisioneri yandırmaq üçün 1 AZN ödəməlisiniz…”
Bakıda taksi sürücüsü avtomobilində kondisioneri yandırmaq üçün əlavə pul tələb edildiyini bildirən elan yapışdırıb. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, daxil olan bütün şikayətlər araşdırılır.
“Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə pul tələb edilməsi ilə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.
Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.
Qeyd edək ki, son bir həftə ərzində tələbləri pozan 23 taksi sistemdə bloklanıb”, – deyə məlumatda bildirilir.

Oxşar Xəbərlər:
Bu sahədə fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir facebook twitter whatsapp messenger telegram vkontakte
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat