13 iyul 2024
108

“Araz” market əhalini necə aldadır? – Müştəridən şikayət – VİDEO

Məşhur supermarketlər şəbəkəsi olan “Araz” Market müştəriləri aldadır.
Tribunainfo.az xəbər verir ki, blogger Ali Mammadov ət satılan yerdə öz telefonu ilə çəkiliş edərək, bunları deyib:
“Sümüklü ət 13.59 manatadır. Amma dananın antirkot hissəsini götürməyə icazə vermirlər. Halbuki o da sümüklü ətdir. Deyirəm o necə olur, deyir əti, yağı çox olur. Yaxşı bəs belədirsə bunu izahlı şəkildə vitrində yazın da. Bu qiymətə yazmısız, belə də verin. Niyə belə edirsiz?”
Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.